Risk Maarifləndirmə Ayı Çərçivəsində Təlim Keçirildi
28 fevral 2025

Risk Maarifləndirmə Ayı Çərçivəsində Təlim Keçirildi

Qrupumuzda risk mədəniyyətini inkişaf etdirmək məqsədilə fevral ayını "Risk maarifləndirmə ayı" elan etdik və bu təşəbbüs çərçivəsində “Risklərin İdarə Olunması” mövzusunda 2 günlük təlim təşkil etdik.

Təlim zamanı aşağıdakı mühüm mövzular müzakirə edildi:

• Risk mədəniyyəti və hadisələrin idarə edilməsi
• Risklərin idarə olunması funksiyası və məsuliyyətlərin müəyyənləşdirilməsi
• Risklərə nəzarət və qərarların qəbulu

Departament rəhbərləri, menecerlər və layihə rəhbərlərinin iştirakı ilə keçirilən bu sessiya risklərin daha effektiv idarə edilməsinə, komandamızın məlumatlılığının artırılmasına və qərarvermə prosesinin təkmilləşdirilməsinə mühüm töhfə verdi.

Risklərin idarə olunması mədəniyyətini daha da inkişaf etdirmək üçün fəaliyyətlərimiz davam edəcək!

Foto qalereya
28 fevral 2025