Təcrübə Proqramının yekunu
Şirkətimizdə növbəti təcrübə proqramını uğurla yekunlaşdırdıq və proqramı tamamlayan iştirakçılarımıza sertifikatlarını təqdim etdik.
Proqram müddətində təcrübəçilərimiz real iş mühiti ilə tanış olmaq, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin təcrübəli mütəxəssislərlə birgə çalışmaq imkanı əldə etdilər.
Xüsusi məmnunluqla qeyd edirik ki, proqram iştirakçılarımızın bir qismi artıq şirkətimizdə işlə təmin olunub.
Gələcəyin liderlərini formalaşdırmaq və gənc kadrlara inkişaf imkanı yaratmaq bizim üçün əsas prioritetlərdən biridir.
Bütün təcrübəçilərimizə uğurlar arzulayır, komandamıza qoşulan yeni həmkarlarımızı isə ürəkdən təbrik edirik!