İstifadəçi razılaşması

www.pashaproperty.az PAŞA PROPERTY MANAGEMENT MM-yə (bundan sonra ismin müvafiq hallarında “biz” adlandırıla bilər) məxsus və bizim tərəfimizdən idarə olunan vebsaytdır (bundan sonra “vebsayt” adlandırılacaq).

Bizimlə əlaqə saxlamaq üçün info@pashaproperty.az ünvanına e-poçt göndərə bilərsiniz.

İstifadə Şərtlərinin qəbulu

Bu vebsaytdan İstifadə Şərtləri bizimlə sizin aranızda hüquqi müqaviləni təşkil edir. Vebsaytdan istifadə etməklə siz bu İstifadə Şərtlərini qəbul etdiyinizi və onlara əməl etməyə razı olduğunuzu təsdiq edirsiniz. Əgər hər hansı səbəbdən bu şərtləri qismən və ya tamamilə qəbul etmirsinizsə, bu internet saytından istifadə etməməli və saytı tərk etməlisiniz.

İstifadə şərtləri heç bir xəbərdarlıq edilmədən dəyişdirilə bilər. İstifadə şərtlərinə edilən dəyişikliklər/düzəlişlər bu saytda yerləşdirildiyi andan qüvvəyə minir. İstifadə şərtlərinin son versiyasına çatımlılıq və bu barədə məlumatlı olmaq sayt istifadəçilərinin öhdəliyindədir. Tövsiyə edirik ki, İstifadə şərtlərinin son versiyasından xəbərdar olmaq üçün bu saytda yerləşdirilmiş İstifadə şərtlərini mütəmadi olaraq yoxlayasınız.

Məlumatlardan istifadə, Məhdudiyyətlər

Sizə aşağıda şərtlər daxilində bu İstifadə Şərtləri üzrə bütün öhdəliklərinizi yerinə yetirdiyiniz təqdirdə bu vebsaytdakı məlumatlara baxmaq, surətini çıxarmaq, çap etmək və bölüşmək (məlumatın əsas məzmununa xələl gətirmədən) üçün icazə verilir:

  • Belə istifadə yalnız məlumat xarakterli və qeyri-kommersiya məqsədləri üçün olmalıdır;
  • Məlumatların çıxarılmış surətində müəllif hüququ haqqında bildiriş və ya məzmunla əlaqəli digər qeyd əks olunmalıdır.

Eyni zamanda siz təsdiq edirsiniz ki, vebsayt vasitəsi ilə bizə müraciət göndərərkən forma daxil etdiyiniz şəxsi və digər məlumatlarınız bizim tərəfimizdən istifadə oluna bilər. Bununla siz bizim Məxfilik Siyasətinin şərtlərini, eləcə də müvafiq olaraq sizin üçün müəyyənləşdirilmiş öhdəlikləri qəbul edirsiniz.

Vebsaytımızdan istifadə etdiyiniz və ya bizə e-poçt göndərdiyiniz zaman bizimlə elektron şəkildə əlaqə saxlamış olursunuz. Bununla siz vebsaytdan istifadənizlə bağlı istənilən kommunikasiyanı elektron şəkildə almağa razılıq verirsiniz. Biz sizinlə e-poçt ilə və ya vebsaytda bildirişlər yerləşdirməklə əlaqə saxlayacağıq. Bizdən sizin tərəfinizdən alınması nəzərdə tutulan bütün bildirişlər e-poçt ünvanına və ya göstərdiyiniz mobil nömrəyə göndərildikdə çatdırılmış və qüvvəyə minmiş hesab ediləcəkdir.

İstinad məsələləri və məsuliyyətdən imtina

Bu vebsaytdakı müəyyən keçidlər sizi PAŞA Real Estates Group-a daxil olan digər şirkətlərin və ya bu şirkətlərin əməkdaşları da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaq şərtilə, bizim nəzarətimizdə olmayan üçüncü tərəflərə aid vebsaytlara, resurslara və ya alətlərə yönləndirə bilər. PAŞA Property Management bu vebsaytlardakı məlumatların düzgünlüyünə və uyğunluğuna zəmanət vermir. Yuxarıda qeyd olunan bağlantılar yalnız məlumat məqsədi daşıyır və sayt istifadəçinin rahatlığı üçün təqdim edilir.

Biz, öz mülahizəmizə əsasən istənilən vaxt bütün istinadları və ya vebsaytımıza aid hər hansı bir istinadı silmək hüququnu özümüzdə saxlayırıq. Siz həm də razılıq verirsiniz ki, tələb olunduqda vebsəhifəmizə edilən bütün istinadları dərhal silməlisiniz.

Əqli mülkiyyət hüquqları

Bu vebsayta daxil edilmiş və ya vebsaytda təsvir olunmuş əqli mülkiyyət hüququ ilə mühafizə edilən obyektlərin (hər hansı proqram təminatı, əmtəə nişanı və s. ) surətini çıxarmaq və ya onlardan istifadə etmək hüququnuz yoxdur.
Bu vebsaytda digər tərəflərin (əməkdaşların) və ya PAŞA Real Estates Group-a daxil olan digər şirkətlərin əmtəə nişanına istinadlar yalnız identifikasiya məqsədi daşıyır. Bu İstifadə Şərtləri digər tərəflərin (əməkdaşların) və ya Qrupa daxil olan digər şirkətlərin əmtəə nişanından istifadə etməklə bağlı sizə heç bir hüquq vermir.

Tənzimləyici hüquq və Əlaqə

Bu İstifadə Şərtlər ilə əlaqədar yaranan hər hansı qeyri-müqavilə öhdəlikləri və Sizin vebsayta girişiniz Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və şərh edilir. Siz Azərbaycan Respublikası məhkəmələrinin müstəsna yurisdiksiyasına tabe olmağa razılaşırsınız.

Bu İstifadə Şərtləri ilə bağlı hər hansı sualınız, şikayətiniz və ya tövsiyələriniz varsa, bizimlə aşağıdakı ünvanda əlaqə saxlaya bilərsiniz: info@pashaperoperty.az