Rəy Mədəniyyəti Kampaniyası
“Rəy vermək hədiyyə vermək kimidir — amma qablaşdırması vacibdir!”
PAŞA Property Management-də rəy bildirmə mədəniyyətinin gücləndirilməsi və yarımillik fəaliyyət nəticələrinin qiymətləndirilməsinə hazırlıq çərçivəsində “Rəy vermək hədiyyə vermək kimidir — amma qablaşdırması vacibdir!” kampaniyamızın ilk iki görüşünü keçirdik.
Görüşlərimizin qonaqları şirkətimizin Baş Kommersiya İnzibatçısı Riad Salayev və Baş Əməliyyatlar İnzibatçısı Şəhriyar Həsənverdiyev oldu.
Səmimi və interaktiv mühitdə keçirilən görüşlər zamanı rəhbərlərimiz rəy bildirmə ilə bağlı şəxsi təcrübələrini, effektiv yanaşmalarını və bu istiqamətdə qazandıqları əsas bilikləri iştirakçılarla bölüşdülər, həmçinin onların suallarını cavablandırdılar.
İnanırıq ki, rəyi necə çatdırmağımız onun məzmunu qədər vacibdir. Düzgün və konstruktiv şəkildə verilən rəy qarşılıqlı etimadı və açıq ünsiyyəti gücləndirir, eyni zamanda davamlı inkişafı təşviq edir.
Kampaniyamız davam edir. Qarşıda bizi digər C-level rəhbərlərimizlə yeni görüşlər, təcrübə mübadiləsi və faydalı müzakirələr gözləyir.