Təcrübəçilər üçün "Effektiv Ünsiyyət Bacarıqları" Təlimi
31 iyul 2025

Təcrübəçilər üçün "Effektiv Ünsiyyət Bacarıqları" Təlimi

PASHA Property Management olaraq Yay Təcrübə Proqramı çərçivəsində təcrübəçilərimizin fərdi və peşəkar inkişafını dəstəkləməyə davam edirik.
Bu dəfə onlar üçün “Effektiv ünsiyyət bacarıqları” mövzusunda təlim təşkil etdik.
Təlim zamanı iştirakçılar effektiv ünsiyyətin əhəmiyyəti, doğru və məqsədyönlü sualvermə metodları, qurucu və inkişafyönlü rəy bildirmə yolları və aktiv dinləmənin əsas texnikalarını praktik nümunələr və interaktiv yanaşmalarla öyrəndilər.
Təlimin məqsədi təcrübəçilərimizin komandada və iş mühitində daha təsirli ünsiyyət qurma bacarığını artırmaq və onları real iş həyatına bir addım daha yaxınlaşdırmaqdır.

Foto qalereya
31 iyul 2025