İnsan Resursları üzrə Direktorumuz BCAW2025-də!
Şirkətimizin İnsan Resursları üzrə Direktoru Nigar Hüseynzadə, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Davamlı Karyera Sərgisində təşkil olunmuş panel müzakirəsinin moderatoru qismində çıxış edib.
Panel zamanı müasir sənaye tələbləri, dayanıqlı karyera imkanları və gənclərin peşəkar inkişafı mövzuları müzakirə olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi tələbələri davamlı inkişaf sahəsində real karyera imkanları ilə tanış etmək, müxtəlif sahələrin yaşıl iqtisadiyyata verdiyi töhfəni nümayiş etdirmək, gəncləri bu sahədə peşəkar inkişafa həvəsləndirməkdir.