SƏTƏMM Konfransı baş tutdu
1 noyabr 2024-cü il tarixində PASHA Property Management şirkətində "Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi" (SƏTƏMM) mövzusunda konfrans baş tutdu. Konfransda şirkətimizin Baş İcraçı Direktoru Elçin Qədimov və müvafiq sahədə təcrübəli şəxslər çıxış edərək təhlükəsizlik, sağlamlıq və ətraf mühit mövzusunda dəyərli məlumatlar və təcrübələrini iştirakçılarla bölüşdülər.