PAŞA Property Management və BANM arasında əməkdaşlıq memorandumu
PAŞA Property Management və SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum tələbələrin istehsalat təcrübəsinin təşkili, şirkət mütəxəssislərinin tələbələr üçün peşəkar təlim və seminarlar keçirməsi, eləcə də bacarıqlı tələbə və məzunların karyera imkanları ilə təmin olunmasını hədəfləyir.
Bu təşəbbüs həm tələbələrin biliklərini praktikada tətbiq etməsinə, həm də şirkətimizin gələcəyin peşəkar potensiallarını erkən mərhələdə tanımasına imkan yaradır.
Biz inanırıq ki, təhsil və biznes bir araya gəldikdə, həm gənclər inkişaf edir, həm də cəmiyyət üçün dəyər yaranır.