PAŞA Property Management və Azərbaycan Texniki Universiteti (AzTU) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu
Daşınmaz əmlak sahəsində peşəkar və dayanıqlı gələcək qurmaq üçün təhsil müəssisələri ilə sıx əməkdaşlıq bizim üçün olduqca önəmlidir. Bu yanaşma çərçivəsində PAŞA Property Management və AzTU Azərbaycan Texniki Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.
Bu memorandum iki qurum arasında əməkdaşlığın geniş perspektivlərini, birgə elmi-tədqiqat fəaliyyətlərini, universitetin şirkət üçün peşəkar kadr hazırlığına dəstəyini, tələbələrin təcrübə proqramları və iş imkanları ilə təmin olunmasını əhatə edir.
Bu, gənclər üçün karyera yolunda real fürsət, sektor üçün isə təcrübəli və bacarıqlı gənc mütəxəssislərin yetişdirilməsi deməkdir.
Gənclərin inkişafına dəstək vermək bizim üçün həm məsuliyyət, həm də gələcəyə sərmayədir.