PAŞA Property Management-də İlk Yardım təlimləri keçirildi
14 may 2025

PAŞA Property Management-də İlk Yardım təlimləri keçirildi

PAŞA Property Management olaraq əməkdaşlarımız və xidmət göstərdiyimiz komplekslərdə yaşayan insanların təhlükəsizliyi, həmçinin ən təhlükəsiz iş və yaşayış mühitinin təmini bizim üçün hər zaman ön plandadır.

Bu səbəbdən komandamız üçün "İlk Yardım" təlimləri təşkil etdik. Təlimlərdə iştirakçılar ilk yardımın məqsəd və vəzifələri, təcili tibbi yardım gələnə qədər görüləcək əsas tədbirlər, AED (Avtomatik Xarici Defibrilyator) cihazından istifadə qaydaları kimi həyati əhəmiyyətli mövzularla tanış oldular.

Təlimlər zamanı iştiakçıların əldə etdiyi nəzəri biliklər praktiki məşğələlərlə dəstəklənərək, real situasiyalarda necə davranmalı olduqları barədə vacib biliklər verildi.

Bu təşəbbüs bizim üçün sadəcə bir təlim deyil, insan həyatına verilən dəyərin ifadəsidir.

Foto qalereya
14 may 2025