PAŞA Property Management-in yeni Baş İcraçı Direktoru (CEO)
PAŞA Property Management olaraq 1 may 2025-ci il tarixindən etibarən Tural Aliyev-in Baş İcraçı Direktor (CEO) vəzifəsinə təyin edilməsini məmnuniyyətlə elan edirik!
Rəhbərlik sahəsində 17 ildən artıq təcrübəyə malik Tural Əliyev bundan öncə "PAŞA Sığorta" ASC-də baş icraçı direktorun müavini kimi fəaliyyət göstərmiş və bu müddət ərzində əməliyyatların təkmilləşdirilməsi, müştəri təcrübəsinin artırılması və innovativ təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynamışdır. O, London Business School-un MBA dərəcəsinə və Carnegie Mellon Universitetinin İnformasiya Sistemlərinin İdarə Edilməsi üzrə CIO Sertifikatına malikdir.
Tural bəyi yeni vəzifəsi münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!