“LeaderShift Talks” layihəsinin ilk görüşü
PAŞA Property Management şirkəti olaraq “LeaderShift Talks” layihəsi çərçivəsində ilk görüşümüzü uğurla keçirdik.
Silsilə görüşlərin ilk spikeri – şirkətimizin Baş İcraçı Direktoru Tural Əliyev liderlik, biznesin gələcək istiqamətləri və özünün keçdiyi karyera yolu haqqında dəyərli fikirlərini iştirakçılarla bölüşdü.
Görüş zamanı Tural bəy şəxsi liderlik yolundan danışaraq, əldə etdiyi nailiyyətlərdən, qarşılaşdığı çətinliklərdən və bu yolda öyrəndiyi dəyərli təcrübələrdən bəhs etdi. O, həmçinin PAŞA Liderlik DNA-sı haqqında fikirlərini paylaşaraq qeyd etdi ki, əsl liderlik dürüstlük, əməkdaşlıq və səbrə əsaslanır.
“LeaderShift Talks” rəhbərlərin şəxsi və peşəkar hekayələrini, karyeralarının dönüş nöqtələrini və həyat dərslərini paylaşmaları üçün yaradılmış liderlik silsiləsidir. Layihənin məqsədi səmimi dialoqu təşviq etmək və komandamız arasında daha güclü əlaqələr qurmaqdır.