"Müştəri Xidmətində Ünsiyyət Mədəniyyəti" Təlimi
PAŞA Property Management olaraq qonaqlarımızla birbaşa ünsiyyətdə olan əməkdaşlarımız üçün “Müştəriyə telefonda və üzbəüz xidmətvermə mədəniyyəti” adlı təlim təşkil etdik.
Təlimin əsas məqsədi müştəri ilə düzgün və dəyərverici ünsiyyət quraraq yüksək məmnuniyyətin təmin edilməsidir.
Bu təlim çərçivəsində əməkdaşlarımız müştəri ilə ünsiyyətin incəliklərini, çətin və gözlənilməz situasiyalarda adekvat reaksiya vermək üsullarını, telefonda və üzbəüz görüşlərdə müsbət ilk təəssüratın necə formalaşdırılmalı olduğunu öyrəndilər.