Müştəri müraciətləri üçün vahid platforma
PAŞA Property Management olaraq fəaliyyətimizin mərkəzində müştəri təcrübəsi və məmmuniyyəti dayanır.
Bu yanaşmanı daha da gücləndirmək məqsədilə müştəri əlaqələrinin idarə edilməsində vahid kommunikasiya platformasına keçid etdik.
Artıq fərqli layihələrdən daxil olan müraciətlər bir mərkəzdə toplanır, komandamız isə bu müraciətləri operativ və şəffaf şəkildə cavablandırır.
Bu sistem bizə:
• Müştəri ilə dialoqu ardıcıl və peşəkar şəkildə aparmaq
• Müraciətlərin vəziyyətini dəqiq hesabatlarla izləmək
• Komandalar arasında koordinasiyanı artırmaq
• Hər bir müştəriyə bərabər diqqət göstərmək imkanı verir.
Ən önəmlisi isə hər müraciətin sonunda müştərilərimizdən sorğu vasitəsilə göstərilən xidmət səviyyəsini qiymətləndirmək üçün rəy toplayırıq. Bu, bizə xidmət keyfiyyətini davamlı şəkildə təkmilləşdirmək imkanı verir.
Hazırda bu həll layihələrimizdə uğurla tətbiq olunur.
Biz inanırıq ki, innovasiya təkcə texnologiya deyil, həm də insanla daha güclü əlaqə vasitəsidir.