“Müştəri Mərkəzli Liderlik” üzrə 4 günlük təlim
PAŞA Property Management olaraq “Leadership Academy” çərçivəsində, PAŞA Liderlik DNA-sına uyğun şəkildə “Müştəri Mərkəzli Liderlik” mövzusunda 4 günlük təlim proqramını uğurla həyata keçirdik.
Xidmət keyfiyyətini davamlı olaraq artıran və müştəriyönümlü fəaliyyət göstərən liderlik yanaşmasını gücləndirmək məqsədilə təşkil olunan bu təlim, liderlərimizin müştəri dəyəri yaradan, empatik və strateji yanaşmalarını daha da möhkəmləndirdi.