8 avqust 2025
Mişlen Standartlarında Xidmət Təlimi
PAŞA Property Management-də xidmət keyfiyyətini yeni səviyyəyə daşıyırıq!
İki günlük “Mişlen ulduzlu xidmət” təlimində komandamız yüksək xidmət standartlarını, qonaqpərvərlik mədəniyyətini, həmçinin müştəri təcrübəsinin effektiv idarə olunmasını öyrənərək bilik və bacarıqlarını bir addım irəli apardı.
Təlim zamanı həm öyrəndik, həm yeni bilgiləri tətbiq etdik, həm də dünya təcrübələrindən yararlandıq.