"Mastering Hospitality" tədbiri
17 dekabr 2024

"Mastering Hospitality" tədbiri

17 dekabr 2024-cü il tarixində PASHA Property Management şirkətində növbəti mühüm tədbir -"Mastering Hospitality" tədbiri təşkil edilib. Tədbir, xidmət sahəsində daha yüksək standartların qurulması, keyfiyyətin təşviq edilməsi və müştəri məmnuniyyətinin gücləndirilməsi məqsədini daşıyır. Tədbirdə PASHA Property Management şirkətinin Baş İcraçı direktoru Elçin Qədimov, Absheron Hotel Group-un (AHG) Baş İcraçı Direktoru Matt Balcık və təcrübəli nümayəndələri qonaqpərvərlik sahəsindəki müasir yanaşmaları və bu sahədə həyata keçirdikləri təşəbbüsləri tədbir iştirakçıları ilə bölüşdülər.

Foto qalereya
17 dekabr 2024