“Leadership Academy for Facility Directors” layihəsinin təqdimatı
PAŞA Property Management komandasında liderlik mədəniyyətini gücləndirmək məqsədilə “Leadership Academy for Facility Directors” layihəmizin təqdimatı baş tutdu.
Bu 6 aylıq öyrənmə marafonunun əsas məqsədi kompleks rəhbərlərimizin yüksək ixtisaslı liderlər kimi inkişafına dəstək olmaq və PAŞA Liderlik DNA-sını şirkətimizin mədəniyyətinə çevirməkdir.
Biz inanırıq ki, liderlik təkcə idarəetmə deyil — bu, insanlara ilham vermək, dəyər yaratmaq və davamlı inkişafı təşviq etmək bacarığıdır.