LeaderShift Talks: Şəhriyar Həsənverdiyev
Şirkətimizdə öyrənmə və inkişaf mədəniyyətini təşviq edən LeaderShift Talks seriyasının növbəti sessiyasının qonağı Baş Əməliyyatlar İnzibatçımız Şəhriyar Həsənverdiyev oldu.
Şəhriyar bəy çıxışında liderliyə şəxsi yanaşmasını, keçdiyi təhsil yolunu və zəngin karyera təcrübəsini iştirakçılarla bölüşərək ilhamverici və dəyərli baxışlar təqdim etdi.
Sessiya praktiki liderlik tövsiyələri, real iş həyatı nümunələri və açıq müzakirələrlə yadda qalan, dinamik bir atmosferdə baş tutdu.