LeaderShift Talks: Rüstəm Məmmədov
"LeaderShift Talks" layihəsi çərçivəsində yenidən bir araya gəldik. Bu dəfə görüşümüzün qonağı şirkətimizin Baş Maliyyə İnzibatçısı Rüstəm Məmmədov oldu.
Rüstəm bəy çıxışında öz karyera yolunun əsas dönüm nöqtələrini, təhsil təcrübəsini və xüsusilə maraq doğuran liderliyə baxışını bizimlə bölüşdü.
Çox səmimi və interaktiv atmosferdə keçən görüş iştirakçılar üçün həm motivasiyaedici, həm də gündəlik işə tətbiq oluna bilən praktiki düşüncələr qazandıran bir sessiya oldu.