“Kompleks Direktorlarının İnkişaf Proqramı”
Böyük məmnuniyyət hissi ilə paylaşırıq ki, PASHA Property Management olaraq həyata keçirdiyimiz və 6 ay davam edən “Kompleks Direktorlarının İnkişaf Proqramı”nı uğurla tamamladıq.
Bu öyrənmə səyahəti ərzində kompleks direktorlarımız yalnız yeni biliklər qazanmaqla kifayətlənmədilər, eyni zamanda liderlik baxışlarını daha da dərinləşdirdilər, öz potensiallarını yenidən kəşf etdilər və praktik alətlərlə gücləndilər.
Proqram çərçivəsində reallaşan təlimlərlə yanaşı, keçirilən kouçinq sessiyaları bu inkişaf yolunu daha da mənalı etdi, iştirakçılarımıza öyrəndiklərini şəxsi liderlik üslublarına inteqrasiya etmək imkanı yaratdı.
İnanırıq ki, güclü liderlik təkcə nəticə yaratmaq deyil, həm də insanlara ilham vermək, komandada etibar qurmaq və davamlı inkişaf mədəniyyəti formalaşdırmaqdır.