İstismar komandası üçün Excel təlimi
Şirkətimizdə istismar xidmətləri üzrə məsul əməkdaşların potensialının gücləndirilməsi məqsədilə Excel təliminə start verdik.
Təlim çərçivəsində iştirakçılar gündəlik iş proseslərində daha effektiv analiz aparmaq, məlumatları düzgün strukturlaşdırmaq və hesabatlılığı gücləndirmək üçün praktiki biliklər əldə edəcəklər. Bu kimi təşəbbüslər komandamızın gündəlik əməliyyatlarda daha çevik və data yönümlü qərarlar qəbul etməsinə mühüm töhfə verir.