"IOSH Təhlükəsiz İdarəetmə" təlimi
PASHA Property Management şirkəti təhlükəsizlik idarəetmə sahəsində biliklər və bacarıqları təkmilləşdirmək məqsədilə "IOSH Təhlükəsiz İdarəetmə" təlimini təşkil edir. Bu təlim şirkətin müxtəlif komplekslərinin direktorları və baş ofisdə fəaliyyət göstərən rəhbərlərin iştirakı ilə 3 gün davam edəcək.
Təlim proqramı IOSH (Institution of Occupational Safety and Health) tərəfindən hazırlanmış beynəlxalq standartlara uyğun metodlarla təşkil olunur və iştirakçılara iş yerində risklərin qiymətləndirilməsi, təhlükəsizlik siyasətinin tətbiqi və fövqəladə hallarda müvafiq tədbirlərin görülməsi sahəsində dərin biliklər təqdim edir.
Təlimin sonunda iştirakçılara IOSH Təhlükəsiz İdarəetmə (IOSH Managing Safely) sertifikatı təqdim olunacaq.