“CEO ilə səhər yeməyi”nin ilk görüşü
Ötən həftə “CEO ilə səhər yeməyi”nin ilk görüşü baş tutdu. Bu təşəbbüsün əsas məqsədi əməkdaşlarımızla rəhbərlik arasında daha şəffaf və açıq kommunikasiya mühiti yaratmaq, şirkət daxilində birgə inkişafı təşviq etməkdir.
Səmimi atmosferdə baş tutan görüş zamanı əməkdaşlarımız şirkətin Baş İcraçı direktoru ilə birbaşa ünsiyyətdə olmaq, fikir və təkliflərini paylaşmaq, onları maraqlandıran suallara cavab almaq imkanı qazandılar.