Birbank Biznes müştəriləri üçün Olympic Residence-də xüsusi təklif
Birbank Biznes müştərilərinə özəl Olympic Residence-də kommersiya sahələrinin icarəsi üzrə kampaniya təqdim olunur!
Kampaniya çərçivəsində Atletlər kəndində yerləşən Olympic Residence-də 1 m²-i 10₼-dən başlayan qiymətlərlə kommersiya sahələri təklif edilir. İcarəçilər biznes ehtiyaclarına uyğun olaraq təmirli və ya təmirsiz sahələr arasında seçim edə bilərlər ki, bu da daha çevik planlama və fərdi konsepsiyaya uyğun məkan formalaşdırmaq imkanı yaradır.
Birbank Biznes müştərilərinə özəl üstünlük olaraq, icarə zamanı təmir işləri üçün 4 ayadək ödənişsiz güzəşt müddəti təqdim edilir. Bu imkan bizneslərə əlavə maliyyə yükü olmadan məkanlarını fəaliyyət istiqamətlərinə uyğun şəkildə hazırlamağa şərait yaradır.
Olympic Residence şəhərin əsas nəqliyyat xətlərinə yaxınlığı, müasir infrastrukturu və formalaşan biznes mühiti ilə seçilir. Bu üstünlüklər məkanı həm gündəlik əməliyyatlar, həm də uzunmüddətli inkişaf strategiyası üçün əlverişli edir.
📞 Ətraflı məlumat: *0776
📍 Ünvan: Koroğlu metrosunun çıxışı, Atletlər Kəndi – Olympic Residence.