Baku City Villas & Knightsbridge Residence: 1 İyun Uşaqlar Günü tədbiri
Uşaqların Beynəlxalq Müdafiəsi Gününü PAŞA Property Management əmlaklarında coşqu ilə qeyd etdik!
Baku City Villas və Knightsbridge Residence yaşayış kompleksində təşkil etdiyimiz açıq hava tədbirləri həm uşaqlar, həm də böyüklər üçün əsl bayram ab-havası yaratdı. Tədbirlərdə uşaqları gözləyən rəngarəng və əyləncəli şou proqramlar, sehirli personajlar, musiqi və interaktiv oyunlar onların gününü daha da unudulmaz etdi.
PAŞA Property Management olaraq, sakinlərimizin yalnız rahat və təhlükəsiz deyil, həm də tədbirlərlə zəngin və sosial cəhətdən aktiv mühitdə yaşaması üçün çalışırıq.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bizə qoşulan bütün sakinlərimizə təşəkkür edirik! Sizinlə birlikdə gələcək tədbirlərimizi daha da gözəlləşdirmək üçün səbirsizlənirik.
Tədbirlərdən ən yaddaqalan və sevincli anları sizinlə bölüşürük!