Bakı Ekspo Mərkəzində “Yüksəliş” müsabiqəsinin finalı keçirildi
21 iyul 2025

Bakı Ekspo Mərkəzində “Yüksəliş” müsabiqəsinin finalı keçirildi

Bakı Ekspo Mərkəzində beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsi uğurla başa çatdı!

16 553 namizəd arasında seçilən finalçılar öz istedadı, liderlik bacarığı və əzmkarlığı ilə ölkəmizin parlaq gələcəyini təmsil etdilər.

Final mərhələsinin məhz Bakı Ekspo Mərkəzində keçirilməsi tədbirin miqyasına və peşəkarlığına əlavə dəyər qatdı. Regionun ən böyük sərgi mərkəzlərindən biri olan bu məkan, gənclərin inkişafına xidmət edən belə önəmli layihələr üçün ideal platformadır.

Belə nüfuzlu bir tədbirə ev sahibliyi etdiyimiz üçün qürur duyur, finaldan yaddaqalan anları sizinlə bölüşməkdən məmnunluq hissi keçiririk.

Play VIDEO
21 iyul 2025