Bağbanlar üçün “Peşəkar bağbanlıq” təlimi keçirildi
14 sentyabr 2025

Bağbanlar üçün “Peşəkar bağbanlıq” təlimi keçirildi

Şirkətimizdə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində təşəbbüslərimizi davam etdiririk. Bu dəfə bağbanlarımız üçün “Peşəkar bağbanlıq” təlimi təşkil etdik.
Təlim çərçivəsində iştirakçılar bağbanlıq və peyzaj sahəsində biliklərini genişləndirərək iş prosesində riayət etməli olduqları SƏTƏMM qaydaları ilə yaxından tanış oldular.
Bu kimi təlimlər sayəsində əməkdaşlarımız peşəkar inkişaf yolunda daha da irəliləyir, biz isə birgə daha keyfiyyətli və təhlükəsiz iş mühiti qururuq.

Foto qalereya
14 sentyabr 2025