28 Aprel – Əməyin Mühafizəsi Günü!
28 Aprel – Əməyin Mühafizəsi Günü!
Əməyin Mühafizəsi Günü münasibəti ilə Pasha Property Management-də maarifləndirici və təşviqedici tədbirlər programı həyata keçirildi.
Program çərçivəsində şirkət daxilində təlimlər təşkil olundu, əməkdaşlar arasında müsabiqə keçirildi və hətta psixoloqla master klass edildi. Emosional təhlükəsizlik və tükənmişlik mövzusunda keçirilən bu master-klass əməkdaşlarınn marağına səbəb oldu.
Qonağımız –beynəlxalq təcrübəyə malik, tanınmış mütəxəssis Dr. Röya Əliyeva idi.
Təhlükəsiz və sağlam iş mühiti bizim üçün yalnız bir günün yox, hər günün prioritetidir!