"Dvizhenie" Forumu çərçivəsində İnfo tur təşkil edildi
27 sentyabrda “Движение” daşınmaz əmlak forumu çərçivəsində PASHA Real Estate Group-un portfelinə daxil olan əmlaklar üzrə infotur təşkil edildi!
Ekskursiyadan öncə PASHA Property Management şirkətinin baş icraçı direktoru Elchin Gadimov tur iştirakçılarına şirkət, onun fəaliyyət istiqamətləri və əmlaklar haqqında ətraflı məlumat verib.
Davamında isə infotur iştirakçıları ilə birlikdə Knightsbridge Residence, Crescent Residences və The Ritz-Carlton Residences, Baku əmlaklarına baxış həyata keçirilərək onları maraqlandıran suallar əyani şəkildə cavablandırılıb.