Advanced Excel təlimi uğurla başa çatdı!
3 mart 2025

Advanced Excel təlimi uğurla başa çatdı!

PAŞA Property Management şirkəti olaraq əməkdaşlarımızın peşəkar inkişafına dəstək olmaqda davam edirik. Belə ki, 2024-cü ilin dekabr ayından başlayaraq 2025-ci ilin fevral ayı müddətini əhatə edən “Advanced Excel” təlimimiz uğurla başa çatdı!

Təlimin məqsədi iştirakçıların kompleks Excel alətlərini peşəkar səviyyədə istifadə etmələrini təmin edərək gündəlik işlərini daha sürətli və effektiv şəkildə idarə etmələrinə dəstək olmaq idi.

Təlimə qatılan hər bir əməkdaşımıza təşəkkür edir, onların əldə etdikləri biliklərin şirkətimizin gələcək inkişafına böyük töhfələr verəcəyinə inanırıq!

Foto qalereya
3 mart 2025