“Müştəri mərkəzli liderlik” təlimi "Maintenance Capability Development Program" çərçivəsində
24 sentyabr 2026

“Müştəri mərkəzli liderlik” təlimi "Maintenance Capability Development Program" çərçivəsində

Texniki mükəmməllik müştəri məmnuniyyəti ilə tamamlanır.

PASHA Property Management-də həyata keçirdiyimiz "Maintenance Capability Development Program" çərçivəsində “Müştəri mərkəzli liderlik” təlimini reallaşdırdıq.

Təlimin əsas məqsədi iştirakçıların müştəri mərkəzli yanaşma istiqamətində liderlik bacarıqlarını inkişaf etdirmək, komandalarını xidmət keyfiyyəti və müştəri məmnuniyyəti prinsipləri əsasında daha effektiv istiqamətləndirmələrinə dəstək olmaq idi.

Yüksək xidmət keyfiyyəti yalnız texniki bilik və peşəkarlıqla deyil, eyni zamanda müştəri mərkəzli düşünən və bu yanaşmanı komandasına ötürə bilən liderlərlə formalaşır.

Foto qalereya
24 sentyabr 2026