AIREX 2026 mətbuat konfransı baş tutdu!
PASHA Property Management təşkilatçılığı ilə 4-6 Noyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq AIREX 2026 (Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi) tədbirin mətbuat konfransı baş tutub.
Konfransda tədbirin proqramı, iştirakçılar və ziyarətçilər üçün nəzərdə tutulan imkanlar, eləcə də daşınmaz əmlak sektorunun inkişaf perspektivləri barədə məlumat verilib.
AIREX 2026-nın sponsorları PAŞA Real Estate Qrup, Baku City Residences, Sea Breeze, PMD Group, Bakı Ağ Şəhər və ABB-dir. Sərgi Times Consulting-in strateji tərəfdaşlığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə keçiriləcək.
Sərgiyə giriş tamamilə ödənişsizdir!
Ətraflı məlumat üçün: