“Rəy vermək hədiyyə vermək kimidir — amma qablaşdırması vacibdir!”
“Rəy vermək hədiyyə vermək kimidir — amma qablaşdırması vacibdir!”
PASHA Property Management-də rəy bildirmə mədəniyyətinin gücləndirilməsi məqsədilə həyata keçirdiyimiz “Rəy vermək hədiyyə vermək kimidir — amma qablaşdırması vacibdir!” kampaniyası çərçivəsində növbəti görüşümüzü keçirdik.
Bu dəfə görüşümüzün qonağı şirkətimizin Baş Maliyyə İnzibatçısı Rustam Mammadov, FCCA, CIA, CFE oldu.
Görüş boyu Rüstəm bəy öz idarəçilik təcrübəsindən real nümunələr və praktik yanaşmalar paylaşaraq, düzgün verilən rəyin komanda daxilində ünsiyyətə, etimada və inkişafa necə təsir etdiyinə diqqət çəkdi.
İnteraktiv müzakirələrlə davam edən sessiyada iştirakçılar da öz fikirlərini bölüşdü, suallarını ünvanladı və fərqli situasiyalar üzərindən rəy verməyin incə məqamlarını birlikdə müzakirə etdilər.