“Yüksək gərginlik sistemləri” təlimi “Maintenance Capability Development Program” çərçivəsində
20 oktyabr 2026

“Yüksək gərginlik sistemləri” təlimi “Maintenance Capability Development Program” çərçivəsində

Əmlaklarımızın fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunmasında texniki sistemləri dərindən bilən, peşəkarlığı və məsuliyyətli yanaşması ilə seçilən komandalarımız mühüm rol oynayır.
PASHA Property Management olaraq “Maintenance Capability Development Program” çərçivəsində təşkil etdiyimiz “Yüksək gərginlik sistemləri” təlimi ilə istismar xidmətləri üzrə məsul əməkdaşlarımızın inkişafında növbəti addımı atdıq.


Təlim əməkdaşlarımıza elektrik sistemlərinin iş prinsiplərini daha dərindən anlamaq, texniki biliklərini praktiki tətbiqlə əlaqələndirmək və təhlükəsiz istismar üzrə bacarıqlarını gücləndirmək imkanı yaratdı.
Komandamızın biliyinə yatırdığımız hər sərmayə idarə etdiyimiz məkanların etibarlılığına töhfədir.

Foto qalereya
20 oktyabr 2026